Xəbər lenti
2-09-2026, 15:00
 

İcra Başçısı Şəhid ailəsini ziyarət edib - FOTO 0

Tarix: 23-01-2024 13:15     Baxış: 1 764

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev mütəmadi olaraq şəhid və qazi ailələrində olur, onların qayğıları ilə maraqlanır, problemlərinin həllinə köməklik göstərir.

Mubarizciler.az-ın məlumatına görə, İcra başçısı növbəti dəfə Goranboy rayon Səfikürd kənd sakini vətən müharibəsi şəhid Nofəl Həmid oğlu Behbudovun  ailəsində olaraq, onun valideynləri ilə görüşüb, şəhid ailəsinin durumu ilə maraqlanıb, onlara Nofəl  kimi vətənpərvər oğul böyütdükləri üçün minnətdarlığını bildirib, şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib.

Rayon rəhbəri bildirib ki, dövlət səviyyəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğı, Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər bir şəhid ailəsinə, qazilərə göstərdiyi diqqət, onların problemlərinə həssaslıqla yanaşmaları bizə bir nümunədir.

Şəhid ailəsi  onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Elçin Tağıyev.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar