Xəbər lenti

DANIŞIR - Sahib İbrahimli 0

Tarix: 22-01-2024 22:51     Baxış: 5 894

DANIŞIR


Haqdır o—başının hayına qalan, 

Kef çəkir sinəsi ordenli talan.

Ən yüksək kürsüyə çıxıbdır yalan,

Vermir bircə kəsə aman, danışır.


Nə axır bizimdir, nə də ki, əzəl,

Bu yer də özəldir, o göy də özəl.

Nadanın dizində bir nazlı gözəl,

Habilin dizində kaman danışır.


Qəlbim ağlayır ki, niyə daş deyil,

Quzunun göz yaşı qurda xoş deyil.

Hələ də eşşəyin ağzı boş deyil,

Onun əvəzinə saman danışır.


Ahım Kəbəni də qət eləyib, qət,

Eh, yazıq dildə də qalmayıb taqət.

Adamlıq dilində vicdan, ləyaqət,

Pul, sərvət dilində zaman danışır.


Hökm qan vurur ki, möhür solmasın,

Gözlər boşalır ki, ürək dolmasın.

Ay dünya, bax, mənim adım olmasın,

Adamlar dalınca yaman danışır.  





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar