Goranboy rayonun Yolqullar və Yəhərçi-Qazaxlar, Sarov kəndində yaşayan seçicilərlə görüş keçirilib - FOTO 0
Azərbaycanı qələbədən-qələbəyə aparan Lider!
Goranboy rayonun Yolqullar və Yəhərçi-Qazaxlar, Sarov kəndində yaşayan seçicilərlə görüş keçirilib.
Mubarizciler.az xəbər verir ki, 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Goranboy rayonun Yolqullar və Yəhərçi-Qazaxlar, Sarov kəndində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Nürəddin Həsənov, Ruslan Əmrahov, Sakit Məmmədov, İsmayıl Qasımov və Sərvan Bayramov çıxış ediblər. Bildirilib ki, hər bir azərbaycanlı Prezident İlham Əliyevin qətiyyətli, cəsarətli və müstəqil siyasətinə, respublikamızı inkişaf etdirmək siyasətinə şahidlik edib. Və bu siyasət hər addımda ilk növbədə ölkəmizin milli maraqlarının təmin edilməsinə, Azərbaycan vətəndaşlarının mənafelərinin qorunmasına, onların rifahına və təhlükəsizliyinə xidmət edib.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və . Azərbaycanı qələbədən-qələbəyə aparan Lider İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş zamanı çıxış edən seçicilər də 7 fevralda səslərini Müzəffər Ali Baş Komandana verəcəklərini diqqətə çatdırıblar.
Xəbəri paylaş