Xəbər lenti

Şəhidin oğlu dünyaya gəldi - Foto 0

Tarix: 22-01-2024 17:20     Baxış: 1 610

Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Vüsal Sumbatzadənin övladı doğulub.

Mubarizciler.az xəbər verir ki, Bakı şəhərində dünyaya gələn körpəyə Kənan adı verilib.

Körpənin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürüləcək. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Qeyd edək ki, şəhid çavuş Sumbatzadə Vüsal Barat oğlu 1994-cü ildə Beyləqan rayonu Milabad qəsəbəsində anadan olub. Ötən il 19-20 sentyabrda həyata keçirilmiş uğurlu lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalıb.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar