Şəhidlərimizin əziz xatirəsi Şəmkir rayonunda yad edildi - FOTOLAR 0
Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyəti əvvəlcə Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoydular.
Mubarizciler.az xəbər verir ki, Matəm əlaməti olaraq rayon ərazisində Azərbaycanın Dövlət Bayrağı endirildi, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verildi.
Daha sonra tədbir iştirakçıları Şəmkir Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərimizin əziz xatirəsini yad etdilər.
Anım tədbirində çıxış edən RİH başçısı Rəşad Tağıyev bildirildi ki, 20 Yanvar qanlı faciəsindən artıq 34 il ötür. Həmin dəhşətli, insanlığa xas olmayan hadisələrdə qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verənlərdir.
İcra başçısı qeyd etdi ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildi. Məhz Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi, ifşaedici və cəsarətli bir bəyanat verdi.
Onu da bildirək ki, Şəmkir rayonunda ümumrayon tədbiri ilə yanaşı müxtəlif təşkilatlarda, o cümlədən rayon ərazisində yerləşən faciə qurbanlarının xatirəsinə ucaldılmış bütün abidələrdə anım tədbirləri keçirilib..
Xəbəri paylaş