Xəbər lenti
18-11-2024, 12:06
 

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Gəncə şəhərində şəhidlərin xatirəsi yad edilib - FOTO 0

Tarix: 20-01-2024 18:42     Baxış: 2 121

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Gəncə şəhərində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib. 

Mubarizciler.az xəbər verir ki, mərasimi şəhərin Şəhidlər xiyabanında təşkil olunub.

 Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,  general-mayor Vasif Kazımov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Doridze, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, universitet rektorları, şəhərdə fəaliyyət göstərən dini konfesiyaların rəhbərləri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və sakinlər iştirak ediblər. 

Əvvəlcə rəsmilər Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş  hərbçilərin adları əks olunan abidəni ziyarət edib, gül dəstələri düzüblər. Daha sonra Niyazi Bayramov və Vasif Kazımov "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar. 

Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, N.Gəncəvi və H.Əliyev, həmçinin H.Əliyev və Ş.İ.Xətai prospektlərinin kəsişməsində nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar