Xəbər lenti

20 Yanvar Faciəsinin ildönümü ilə əlaqədar Naftalan şəhərində anım tədbiri keçirilib - FOTO 0

Tarix: 20-01-2024 13:18     Baxış: 1 680

1990-cı ilin qanlı 20 Yanvar faciəsindən 34 il ötür. 

Tarixə və qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi mübarizənin şərəfli tarixidir. 

20 Yanvar Faciənin ildönümü ilə əlaqədar Naftalan şəhərində anım tədbiri keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Anım tədbirində ŞİH-nin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, ziyalılar, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib. Şəhidlərin xatirəsinə ucaldılmış “Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksi” ziyarət olunub.

Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalan şəhərində də şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar