Xəbər lenti

İmişlidə 20 Yanvar faciəsinin 34-cü ildönümü anılıb - FOTO 0

Tarix: 20-01-2024 12:44     Baxış: 1 162

 Bu gün xalqımızın azadlıq uğrunda mübarizə tarixində önəmli yer tutan 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə İmişli rayonunun Şəhidlər Xiyabanı ziyarət olunub.

Mubarizciler.az xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, şəhid ailələrinin, rayonun hüquq-mühafizə, idarə, müəssisə rəhbərlərinin, o cümlədən qazilərin və rayon ictimaiyyətinin iştirak etdiyi ziyarət zamanı Xiyabanda şəhid məzarlarının və şəhidlər kompleksinin, həmçinin “Qələbə” abidəsinin önünə gül-çiçək dəstələri düzülüb, şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad edilib.

Sonra rayonun Göbəktala kəndində yerləşən qəbiristanlıqda 20 Yanvar şəhidi Sürayyə Lətif qızı Babayevanın məzarı ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.

  Məlumat üçün bildiririk ki, bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar