Xəbər lenti

Goranboy rayonunun Qaradağlı və Xoylu kəndlərində yaşayan seçicilərlə görüş keçirilib - FOTO 0

Tarix: 20-01-2024 12:00     Baxış: 2 149

Goranboylular İlhamlı gələcəyə səs verəcəklər.

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Goranboy rayonunun Qaradağlı və Xoylu kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Solmaz Baxşəliyeva, Nürəddin Həsənov, Rəşad Məmmədov, İlhamə Qasımova, Ülkər Hümbətova, Sərvan Bayramov və Göyüş Nağıyev çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyev ilk dəfə Azərbaycan Prezidenti seçildikdən sonra çevik islahatlar yolunu tutaraq ölkəmizin inkişafına hesablanmış mükəmməl proqramlar həyata keçirib. Həmin uğurlu proqramlar, strateji layihələr, beynəlxalq qurumlarla və xarici dövlətlərlə fəal əməkdaşlıq, güclü ordu quruculuğu torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnib.

Natiqlər görüşdə iştirak edən hər kəsi Prezidentimizin siyasətini dəstəkləməyə, fevralın 7-də Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar