Xəbər lenti

İmişlidə Heydər Əliyev adına istirahət parkında əsaslı təmir-bərpa işləri davam edir - FOTO 0

Tarix: 19-01-2024 23:21     Baxış: 1 106

  İmişli rayonu ərazisindəki xiyaban və parklarda son vaxtlar aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri hal-hazırda da davam etdirilməkdədir. 

Mubarizciler.az xəbər verir ki, İmişli şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan istirahət parkında yenidənqurma işlərinə başlanılıb. Hazırda parkın ərazisində layihə üzrə müasir üslubda səki daşları, döşəmə plitələri düzülərək gediş-gəliş hissələri ayrılır və Ümümmilli Liderin büstündə, eləcə də onun ətraf hissəsində müasir üzlük daşlarından ibarət bərpa-restovrasiya işləri aparılır.

 Parkda fontanlar təmir edilib, avadanlıq və ehtiyat hissələri dəyişdirilib. Xüsusi sualtı işıqlandırma sistemi ilə effekt veriləcək fontanlar estetik baxımdan daha maraqlı görsənəcəkdir. Bununla yanaşı əraziyə münbit torpaq daşınıb, həmin sahədə dekorativ bitki kollarının əkilməsi nəzərdə tutulub. Eyni zamanda müasir işıqlandırma sisteminin qurulması layihədə öz əksini tapmışdır.      

  Yaxın günlərdə parkda layihə üzrə aparılan işlər yekunlaşdırılacaqdır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar