Xəbər lenti
2-09-2026, 15:00
 

Goranboy rayon Nadirkənd və Şadılı kəndlərində yaşayan seçicilərlə görüşlər keçirilib - FOTO 0

Tarix: 19-01-2024 20:54     Baxış: 2 485

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Goranboy rayon Nadirkənd və Şadılı kəndlərində yaşayan seçicilərlə görüşlər keçirilmişdir.

Mubarizciler.az xəbər verir ki, Görüşlərdə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi anılıb və YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Kəmalə İsmayılova, Azad Əhmədov, İlhamə Qasımova, Əzra Həşimova, Solmaz Baxşəliyeva, Rəddin Məmmədov, Vətən müharibəsi qazisi Ruslan Əmrahov və Qərargah üzvü Elçin Cahangirov çıxış ediblər.

Çıxışlarda, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurlardan, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən İkinci Qarabağ - Vətən Müharibəsində əldə olunmuş Böyük Qələbənin əhəmiyətindən, Qarabağda aparılan lokal xarakterli əməliyyatdan, əldə etdiyimiz şanlı Zəfərimizdən sonra ölkədə aparılan məqsədyönlü siyasətdən, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərindən, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə əlaqədar Böyük Qayıdış proqramının uğurla aparılan icrası haqqında geniş söhbət açılıb.

Görüşlərdə fikir bildirən seçicilər öz növbələrində fevralın 7-də yekdilliklə İlham Heydər oğlu Əliyevə səs verəcəklərini bildiriblər.


Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar