Xəbər lenti

“Narkomaniya Bəşəriyyətin Bəlasıdır” və "Erkən nigaha yox deyək!" mövzusunda maarifləndirici tədbirlər keçirilib - FOTO 0

Tarix: 19-01-2024 20:32     Baxış: 2 135

Goranboy rayonu S.Ocaqverdiyev adına Tatarlı kənd tam orta məktəbində “Narkomaniya Bəşəriyyətin Bəlasıdır” və "Erkən nigaha yox deyək!" mövzusunda maarifləndirici tədbirlər keçirildi.

 Mubarizciler.az xəbər verir ki, 19 yanvar 2024-cü il tarixdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy rayon İcra Hakimiyyəti, Goranboy rayon Polis Şöbəsi, Goranboy rayon Mərkəzi Xəstəxanası, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Goranboy rayon Tatarlı kənd tam orta məktəbin akt zalında narkomaniya və erkən nigah mövzusunda maarifləndirici tədbir keçirilib.

  Tədbirdə çıxış edən natiqlər narkotik vasitələrin və erkən nigahın cəmiyyətimiz üçün yaratmış olduğu təhlükələrdən bəhs edərək onların zərərləri barədə gənclərə geniş məlumat verdilər. 

 Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar