Xəbər lenti

İcra Başçısı vətəndaşların səyyar görüşünü keçirib - FOTO 0

Tarix: 19-01-2024 16:33     Baxış: 1 414

Bəhrəmtəpə qəsəbəsində 18.01.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib

Mubarizciler.az xəbər verir ki, İmişli rayonunun R.Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbində baş tutan səyyar qəbulda icra başçısı ilə yanaşı hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər. Qəsəbə sakinləri qarşısında çıxış edən Elçin Rzayev ölkə Prezidentinin tapşırığı ilə yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini vurğulayıb, buna görə də vətəndaşları narahat edən məsələlərin həlli istiqamətində daha dəqiq addımlar atıla biləcəyini qeyd edib. İcra başçısı vətəndaşların sosial vəziyyətinin və rifah halının yaxşılaşdırılması üçün ölkədə həyata keçirilən təbirlər, bu istiqamətdə rayonda görülən işlər və infrastruktur layihələri barədə qəsəbə sakinlərinə məlumat verib. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlərin həll yolları araşdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib. Qəsəbə sakinləri ölkədə və rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə ediblər.

  Səyyar qəbul yekunlaşdıqdan sonra qaldırılan bir məsələnin həlli yolu icra başçısı tərəfindən yerində baxış keçirilərək müəyyənləşdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar