Xəbər lenti

Goranboy rayon Qazanbulaq qəsəbəsi, Gürzallar və Borsunlu kəndində yaşayan seçicilərlə görüşlər keçirilib - FOTO 0

Tarix: 18-01-2024 21:10     Baxış: 2 996


2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Goranboy rayon Qazanbulaq qəsəbəsi, Gürzallar və Borsunlu kəndində yaşayan seçicilərlə görüşlər keçirilib.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Kəmalə İsmayılova, İsmayıl Qasımov, İlhamə Qasımova, Göyüş Nağıyev, Ülkər Hümbətova, Sakit Məmmədov, Sərvan Bayramov, Səyad Quliyev və Vətən müharibəsi qazisi Ruslan Əmrahov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, eyni zamanda, Qarabağda bir günlük  antiterror tədbirləri Prezident İlham Əliyevin mahir sərkərdəlik qabiliyyəti, rəşadətli Ordumuzun şücaəti sayəsində mümkün olub.

Görüşlərdə çıxış edən seçicilər fevralın 7-də cəmiyyətimiz tərəfindən haqlı olaraq hər bir azərbaycanlının Prezidenti adlandırılan İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar