Xəbər lenti

Naftalanda 2023-cü il ərzində 5 mindən artıq ağac əkilib - FOTO 0

Tarix: 18-01-2024 17:15     Baxış: 1 547

Şəhərdə mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələləri ciddi nəzarətdə saxlanılır. Hazırda prospekt, küçə və yol kənarlarında, park və digər yerlərdə əkilmiş ağaclara, salınan yaşıllıqlara lazımi aqrotexniki qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. Həmçinin şəhərin hər tərəfində yaşıllıqlar zənginləşdirilir. Şəhərin iqliminə uyğun yeni növ ağaclar əkilir. Məlumat üçün qeyd edək ki, təkcə 2023-cü ildə 5000-dən artıq müxtəlif növ ağac əkilib.

Mubarizciler.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərdəki mövcud yaşıllıqlar və yeni ağac əkilməsi nəzərdə tutulan ərazilərə baxış keçirib.

Baxış zamanı yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, ərazinin təmizlənməsi, mövcud ağacların uçotunun aparılması və dəqiqləşdirilməsi məqsədilə inventarizasiya işlərinin aparılması və əraziyə yeni ağacların əkilməsi, eyni zamanda, yeni əkiləcək ağacların qorunması və suvarılması istiqamətində aidiyyəti orqanların iştirakı ilə zəruri tədbirlərin görülməsi barədə müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, kurort şəhərinin yaşıllıq səviyyəsinin daha yüksək səviyyəyə çatdırılması məqsədilə həyata keçirilən bu tədbirlər Naftalanın estetik görünüşünün yaxşılaşdırılamasına və keyfiyyətcə yeni səviyyəyə çıxmasına təkan verəcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar