Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda “Vətənpərvər məktəblilər” layihəsinə start verilib - FOTO 0

Tarix: 17-01-2024 22:15     Baxış: 1 288

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olmuş “Vətənpərvər məktəblilər” layihəsinə start verilib.

Mubarizciler.az xəbr verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan layihənin açılış təlimində vətən uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Layihə rəhbəri Bəhruz Hümbətov çıxışında layihə haqqında ətraflı məlumat verib.

Daha sonra Borsunlu kənd 1 saylı orta məktəbin direktoru İlkin Qurbanlı, Borsunlu kənd 2 saylı orta məktəbin direktoru Nəzakət İbrahimova, Vətən müharibəsi iştirakçısı Elmar Nəsirov layihənin əhəmiyyətindən bəhs edərək, layihə iştirakçılarına uğurlar arzulayıblar.

İkinci hissədə vətənpərvərlik ruhunun təbliği və müxtəlif məktəbləri təmsil edən layihə iştirakçıları arasında şəbəkələşmənin və kommunikasiyanın yaxşılaşdırılması istiqamətində təlimçi Sevlan Rüstəmli tərəfindən təlim keçirilib.

Qeyd edək ki, 120 nəfərdən çox məktəblini əhatə edəcək “Vətənpərvər məktəblilər” layihəsinin əsas məqsədi şagirdlərin vətənpərvər ruhda böyüməsi, şəhid ailələrinin övladları ilə digər məktəblilər arasında dostluq və kommunikasiyanın yaradılması, onların cəmiyyətə insteqrasiyasına köməklik göstərilməsindən ibarətdir. 4 təlimdən ibarət layihənin hər təlimində digər məktəblilərlə yanaşı, qazilər və şəhid ailələrindən olan məktəblilər də iştirak edəcək.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar