Xəbər lenti

Goranboyda valideynlər ilə məktəb sosial - pedoqoqunun görüşü keçirilib - FOTO 0

Tarix: 17-01-2024 22:10     Baxış: 1 799

11.01.2024-cü il tarixdə Goranboy rayon Quşçular kənd H.Cəfərov adına tam orta məktəbin  I-IV - sinif şagirdlərinin valideynləri ilə məktəb sosial - pedoqoqunun görüşü təşkil olundu.

Mubarizciler.az xəbər verir ki, Məktəbin sosial - pedoqoqu Nəbiyeva Gülnaz Rəhim qızı görüşdə sosial - pedoqoqun vəzifəsi haqqında valideynlərə geniş məlumat verdi.

Görüşdə qeyd olundu ki,sosial- pedaqoq fəaliyyətini yeniyetmələrin sosial inkişafı, müxtəlif dövlət və ictimai qurumlarla, ailə və məktəb kollektivi ilə hər şeydən əvvəl, şagirdlərlə kompleks sistem formasında gerçəkləşdirir.

Sosial iş təhsil sistemində və məktəbdə daha yüksək inkişafa malik olur. Məktəb və digər təhsil sistemində sosial işin işığında kritik vəziyyətlərdə şagirdlərə kömək etmək, tərbiyə və yenidən tərbiyə işlərini həyata keçirmək və s. işlər əks olunur. Burada sosial işin dərs prosesində, administrativ məsələlərin həllində, istirahət təşkilatlarında və s. tətbiq olunmasının mümkünlüyü də diqqətə çatdırıldı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar