Xəbər lenti
2-09-2026, 15:00
 

Goranboy rayonunun Rəhimli və Veyisli kəndlərində görüşlər keçirilib - FOTO 0

Tarix: 17-01-2024 01:13     Baxış: 1 533


2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Goranboy rayon Rəhimli və Veyisli kəndlərində görüşlər keçirilib.

Mubarizciler.az xəbr verir ki, Görüşlərdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, təşviqat qrupunun üzvləri Gündüz Hacıyev, Əzra Həşimova, Rəddin Məmmədov, Ürfət Həsənov, İsgəndər Səklikov, Nurəddin Həsənov, Rəşad Məmmədov və Vətən müharibəsi qazisi Ruslan Əmrahov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə möhtəşəm nailiyyətlərlə gedir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlardan, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası isə Prezidentimizin 20 illik fəaliyyətinin zirvəsini təşkil edir. Ona görə də, bu seçkilər yeni dövrün başlanğıcı kimi dəyərləndirilir.

Öz növbəsində çıxış edən seçicilər fevralın 7-də qalib xalqın qalib Lideri İlham Əliyevə səs  verəcəklərini bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar