Xəbər lenti

Goranboy şəhərində seçicilərlə görüş keçirilib - FOTO 0

Tarix: 16-01-2024 10:59     Baxış: 2 849

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Goranboy şəhərində seçicilərlə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Milli Məclisin deputatı Anar Məmmədov, təşviqat qrupunun üzvləri Gündüz Hacıyev, Sayad Quliyev, Ülkər Hümbətova, Əzra Həşimova və Göyüş Nağıyev çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində əldə etdiyi uğurlardan, 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən Müharibəsində əldə olunmuş böyük Qələbənin əhəmiyyətindən, yeni mərhələdə aparılan məqsədyönlü siyasətdən, işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərindən, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı geniş məlumat verilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar