Xəbər lenti

“ Vətənimsən, Azərbaycan” müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib 0

Tarix: 16-01-2024 00:54     Baxış: 1 400

Qazax Müəllimlər Seminariyası, ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü ilə 9-cü sinif şagirdləri arasında "Vətənimsən, Azərbaycan!" müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib.

 Mubarizciler.az-ın məlumatına görə, Müsabiqədə şagirdlər Azərbaycan tarixi, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan mədəniyyəti mövzuları üzrə ümumillikdə 75 sualı cavablandırmalı olublar. 

Müsabiqədə Gəncə şəhəri üzrə 103, Göygöl rayonu üzrə 21, Daşkəsən rayonu üzrə 23, Goranboy rayonu üzrə isə 40 nəfər şagird iştirak edib.

Müsabiqənin məqsədi şagirdlərin Azərbaycançılıq ruhunda tərbiyə olunması, ölkəmizin tarixi, ana dili və ədəbiyyatı, coğrafiyası, mədəniyyətinə dair qazandıqları bilikləri üzə çıxarmaq,həmçinin onlara komanda şəklində çalışmaq bacarıqlarını aşılamaqdan ibarətdir.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar