Xəbər lenti

Vətən müharibəsi veteranı döyüş yolundan yazdı - FOTO 0

Tarix: 09-01-2024 13:08     Baxış: 1 246

Mən Əliyev Ağaməmməd Vüqar oğlu Neftçala rayon saki Vətən Müharibəsi Veteranıyam.

Bu gunə qədər heç bir saytlara müsahibə verməmişəm. İlk olaraq Mubarizciler.az xəbər portalına müsahibə verirəm döyüş yolum haqda.

44-günlük Vətən müharibəsində könüllü olaraq Neftçala Hərbi kamisarlığına Vətən uğrunda gedən döyüşlərdə iştirak etməyim üçün müraciyyət etdim. Qısa bir müddət ərzində müraciyyətimə əsasən Azərbaycan ordu sıralarına daxil oldum və döyüş əməliyyatlarında iştirak etdim. Dövlətin Xalqın birliyi mənə və digər döyüş yoldaşlarıma ruh yüksəyliyi verirdi. Və Düşməni D-30 arteleriya zerbələri ilə darmadağın edirdik. Kamandirlərin və rəislərin bizə verdiyi tapşrıqları sözsüz və dəqiq yerinə yetirirdik.Sanitar Təlimatçı olaraq öz vəzifə borcumun öhtəsindən gəlməyi bacarırdım və digər tapşırıqları da uğurla yerinə yetirirdik.Cənab Ali Baş Komandan Prizident İlham Əliyevin rəhbərliyi ilə  şanlı qələbə qazandıq. Fizuli,Cəbrail,Xocavənd medalları və döyüş əməliyyatlarında xüsusi xidmətlərə görə fəxri fərmanlarla təltif edilmişəm.Bugun əminliklə və fəxr hissi ilə deyə bilərik ki Qarabağ azaddır.

Və gündən günə abaddıq quruculuq işləri işxaldan azad olunmuş ərazilərdə davam etdirilməkdədir. Torpağlarımızın azad olunmasında hər bir Azərbaycan xalqının özünəməxsus yeri var.Lakin xüsusi ilə qeyd etmək lazımdır ki Şəhidlərimizin rolu əvəzolunmazdır. Onlar Canlarını qanlarını bu Vətənə,Dövlətə,Xalqa qurban verdilər.Allahdan Şəhidlərimizə rəhmət Əlil olan qardaşlarımıza şəfa diləyirəm. Bu tarixi qələbə əsirlər boyu xalqın yaddaşında əbədi qalacaq və nəsildən nəsilə ötürüləcəkdir.

Sonda Mubarizciler.az xəbər portalının əməkdaşlarına çox maraqlı və geniş informasiya məkanı olan bu saytı yaratdıqları üçün təşəkkürümü bildirib uğurlar arzu edirəm.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar