Xəbər lenti

Aygün Bəylərin prodüserindən AÇIQLAMA - YENİLƏNİB - VİDEO 0

Tarix: 07-01-2024 00:48     Baxış: 1 155


Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərinə aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a Əməkdar artistin prodüseri məlumat verib.

O, Əməkdar artistin Türkiyə saatı ilə 03:00 radələrində (Bakı vaxtı ilə 04:00) Bakıya gətiriləcəyini qeyd edib:

“Aygün xanım rəhmətə getməyib. Yayılan məlumatlar yanlışdır. Onu süni nəfəs aparatına qoşublar. Bizə bildiriblər ki, 03:00 radələrində Ankara Hava limanında olaq. Şəxsi təyyarə ilə gətiriləcək. Çəkilişə də icazə verilməyəcək”.

Prodüser Aygün Bəylərin vəziyyətinin anidən pisləşdiyini bildirib:

“Vəziyyəti dünənə qədər yaxşı idi. Günorta da yaxşı idi. Mən Ankarada yanında idim. İllərdir ki, İstanbulda yaşayıram. Mənə dedi ki, “get İstanbula işlərivi gör, gəl. Bazar günü qayıdarsan. Ankaradan qayıtmışam. Kaş, Getməz olardım”.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

21:55

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.

Bu barədə Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumat verib.

“Saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək. Hazırda süni tənəffüs aparatına qoşulub”, - o deyib.

20:57

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, müğənni bu gün Türkiyənin paytaxtı Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.

Xatırladaq ki, Aygün Hümmətova 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olub.

2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist fəxri adına layiq görülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar