Xəbər lenti

Axundov Səxavət Fərasət oğlu Xaçmazda dəfn edilib - FOTO 0

Tarix: 05-01-2024 19:28     Baxış: 994

Laçın rayonunda hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçu Axundov Səxavət Fərasət oğlu Xaçmazda dəfn edilib.

Mubarizciler.az AzərTac-a istinadən xəbər verir ki, şəhid Səxavət Axundov doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Sayad kəndində son mənzilə yola salınıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Kənd qəbiristanlığında torpağa tapşırılan şəhidin məzarı üstünə əklil və gül dəstələri qoyulub. Tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan Bayrağı şəhidin atasına təqdim edilib.

Səxavət Axundov hərbi xidmətə 2022-ci ilin oktyabrında yollanıb. Bu ilin aprel ayında hərbi xidməti başa vuracaqdı. Qardaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar