Ölkə Başçısının və Goranboy rayon sakinlərinin etimadını doğruldan məmur 0
Bütün Goranboyluların, ziyalı və ağsaqqalların, zəhmətkeş sadə insanların, xüsusən də Şəhid ailələri və Qazilərin dərin rəğbətini qazanan icra başçımız Məhərrəm Quliyev rayona rəhbər təyin olduğu gündən rayonumuzun sosial-iqtisadi və mədəni inkişafı üçün əsaslı işlər görür.
Kaş Azərbaycanımızda olan bir çox məmurlar Məhərrəm müəllim kimi insanlara can yandıran və qayğı göstərən olardı. Bu dövlət məmuru barədə daha ətraflı bilmək, necə məmur olduğunu, nə iş gördüyünü dəqiq və real görmək üçün Goranboy Rayon İcra Hakimiyyəti nin rəsmi interner, facebook, instaqram və Twitter səhifələrinə baxaraq hər şeyi bütün incəliyinə kimi açıq və aydın görmək olar.
Tam əminliklə bildirmək olarki, Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Aliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırıqlarını rayonumuzda uğurla icra edir Məhərrəm Quliyev.
Bütün Goranboy ictimai fəalları adından, icra başçımız və səmimi insan Məhərrəm Quliyevə dəyərli dövlət idarəçiliyi fəaliyyətində və rayonumuzun hərtərəfli inkişafı istiqamətlərində reallaşdırdığı işlərdə və layihələrdə daha böyük uğurlar arzu edirik.
İlhamə Qasımova
Mubarizciler.az xəbər portalının təsisçisi.
Xəbəri paylaş