Xəbər lenti

Goranboyda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il-2024-cü ilin gəlişi ilə bağlı ümumrayon bayram tədbiri keçirildi - FOTO 0

Tarix: 31-12-2023 13:24     Baxış: 1 498

Goranboyda, “Heydər Əliyev ili” çərçivəsində, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il-2024-cü ilin gəlişi ilə bağlı, ümumrayon bayram tədbiri keçirildi.

Goranboy şəhəri Heydər Əliyev Parkında, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Heydər Əliyev ili” ilə bağlı keçirilən tədbirlər çərçivəsində,  31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il-2024-cü ilin gəlişi ilə bağlı, tədbir  keçirildi.

 Mubarizciler.az xəbr verir ki, Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbirdə, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən hərtərəfli uğurlu siyasi və sosial-iqtisadi əməli tədbirlər  nəticəsində,  2023-cü ilin ölkəmizdə bütün sahələrdə, o cümlədən rayonumuzun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı ilə bağlı  böyük nailiyyətlərin əldə olunduğunu bildirən İcra Başçısı Məhərrəm Quliyev bütün  Goranboyluları, 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il-2024-cü ilin gəlişi ilə bağlı, təbrik etdi. Tədbirdə incəsənət ustalarının ifasında bədii-musiqi proqramı nümayiş etdirildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar