Xəbər lenti

Şəkidə polis əməkdaşları şəhid ailələrini ziyarət ediblər - FOTO 0

Tarix: 30-12-2023 21:25     Baxış: 1 190


Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ailələrini ziyarət ediblər.

 Mubarizciler.az xəbər verir ki,  Şəhidlərin ailə üzvləri ilə görüşən asayiş keşikçiləri onların qayğıları ilə maraqlanıb, gətirdikləri bayram sovqatlarını təqdim ediblər.

Ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şücaətindən danışılıb, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub. Şəhidlərimizin vətənə əmanət qalan övladlarını təbrik edən polis əməkdaşları gətirdikləri bayram hədiyyələri ilə onları sevindiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar