Xəbər lenti

Gəncədə ULu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hesabat tədbiri keçirilib - FOTO 0

Tarix: 30-12-2023 15:47     Baxış: 763

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) inzibati binasında ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hesabat tədbiri keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə GDRTİ-nin müdiri Anar Qədiməliyev, Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, şəhər ictimaiyyəti, məktəb direktorları və müəllimlər iştirak ediblər. 

Dövlət Himninin səslənməsi ilə açıq elan edilən hesabat tədbirində Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Heydər Əliyevin göstərdiyi gərgin siyasi fəaliyyətdən söhbət açılıb. Ulu öndərin Vətən və millət üçün genişmiqyaslı işlər gördüyü bir daha xatırlanıb, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onun müstəsna xidmətləri qeyd edilib.

“Heydər Əliyev müasir Azərbaycan Dövlətinin qurucusudur” və “Heydər Əliyev və Gəncə” mövzularında olan çıxışların ardınca GDRTİ-nin ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş hesabatı təqdim olunub. 

Tədbir bədii hissə ilə davam edib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar