Xəbər lenti

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının ailələrini ziyarət ediblər - FOTO 0

Tarix: 28-12-2023 21:15     Baxış: 1 162

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində torpaqlarımızın müdafiəsi uğrunda aparılan Vətən müharibəsi və Antiterror tədbirləri zamanı şəhid olmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının ailələrini ziyarət ediblər.

Mubarizciler.az xəbər verir ki, Şəhid polkovnik-leytenant Rəşad Hüseynovun və baş əsgər Kamran Fərəcovun valideynləri ilə həmsöhbət olan polis əməkdaşları, onların qayğıları ilə maraqlanıblar, gətirdikləri bayram sovqatını təqdim ediblər.

Həmçinin ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.

Şəhidlərimiz ailə üzvləri göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar