Xəbər lenti

Goranboyda sahibkarlar üçün əlverişli mühit var - FOTO 0

Tarix: 28-12-2023 16:07     Baxış: 896

Prezident cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə həyata keçirilən dövlət dəstəyinə uyğun olaraq, Goranboyda da sahibkarlar üçün əlverişli mühit var.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə həyata keçirilən dövlət dəstəyinə uyğun olaraq, Goranboy rayonunda da iş adamları, sahibkarlar üçün əlverişli şəffaf və işgüzar mühit formalaşdırılmışdır. Bunun nəticəsidir ki, artıq rayonumuzda iqtisadiyyatın bütün sahələri üzrə inkişaf dinamikası diqqət çəkir, müasir sahibkarlıq və sosial obyektlər, sənaye və istehsal müəssisələri fəaliyyət göstərir. Bakı-Qazax avtomobil yolunun 339-cu km-də, rayonun Muzdurlar kəndi ərazisində fəaliyyət göstərən “Umut Agro” MMC də rayonun sosial-iqtisadi mühitində dinamik inkişafın növbəti bir göstəricisidir. “Umut Agro” MMC-sahibkarlığın inkişafına dövlətin zəmanətli və güzəştli subsidiya imkanlarından yararlanmaqla və yerli iş adamı Fərid Əkbərzadənin şəxsi sərmayə qoyuluşu ilə fəaliyyətə başlamış kənd təsərrüfatı texnikalarının satışı və servis xidməti mərkəzidir. MMC kənd təsərrüfatı texnikalarının satışından başqa innovativ suvarma sistemlərinin fermerlərə çatdırılması və quraşdırılmasını təmin etməklə yanaşı eyni zamanda kompleks heyvandarlıq fermalarında heyvandarlığın mexanikləşdirilməsi üçün tələb olunan avadanlıqların və texnikalarında fermerlərə çatdırılmasını təmin edir. 

Mubarizciler.az xəbər verir ki, Goranboy RİH-nin başçısı Məhərrəm Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədov “Umut Agro” MMC-nin fəaliyyət imkanları ilə yerində tanış oldular.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar