Xəbər lenti
18-11-2024, 12:06
 

Samir Qocayev: Zəfər zirvəsinə yüksələn Lider 0

Tarix: 28-12-2023 16:01     Baxış: 763


Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında mühüm xidmətlərindən biri 2003-cü ildə xalqa tarixi müraciəti oldu.  Ulu Öndər Azərbaycan vətəndaşlarına tarixi müraciəti ilə əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək, Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Bu ümidləri 2003, 2008, 2013, 2018-ci illərdə keçirilən prezident seçkilərində doğruldan və  ilk andiçmə mərasimində “Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” söyləyən cənab İlham Əliyev vədinə sadiq qalaraq Azərbaycanı çox zəngin və qüdrətli ölkəyə çevirdi. “Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” söyləyərək bunu son 20 ildə əməli fəaliyyəti ilə təsdiqlədi.

Cənab İlham Əliyev daim xalqa arxalanır. Xalqımız dövlət başçısının ətrafında sıx birləşərək Onun irəli sürdüyü təşəbbüsləri, qəbul etdiyi qərarları dəstəkləyir. Bir mühüm məqamı qeyd edək ki, 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” gücümüzü, qüdrətimizi nümayiş etdirməklə yanaşı, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. Xalq-Prezident-Ordu birliyi Zəfərimizi şərtləndirdi. Bu gün qürurla torpaqlarımızın işğaldan azad edilməsindən, tarixi ədalətin bərpasından, soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışından danışırıq.

Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən nüfuzlu media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olmuşdu.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.


Adını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan daim bu çağırışı edir ki, gənclərimiz vətənpərvərlik  ruhunda tərbiyə olunmalıdır. Dövlətimizin başçısının bu çağırışı Ümummilli Liderin “Azərbaycanın gələcəyi indiki  gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” tezisinin davamı kimi dəyərləndirilir. Gənclərə diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir.

Reallıq budur ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır. Daim təkmilləşdirilən gənclər siyasəti yeni nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması Azərbaycan gəncinin Vətən, torpaq sevgisinin təqdimatında əhəmiyyətli rol oynadı.

Prezident İlham Əliyevin Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işləri, qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəfləri bir yazıda əhatə etmək qeyri-mümkündür. Verilən hər bir vədin, qarşıya qoyulan vəzifələrin zamanında uğurlu icrası qarşıdakı illərin  aydın mənzərəsini yaradır.


Samir Qocayev,

 YAP Goranboy rayon təşklatının sədri.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar