Xəbər lenti

Polis əməkdaşları bayram günləri ərəfəsində şəhid ailələrini ziyarət ediblər - FOTO 0

Tarix: 28-12-2023 11:42     Baxış: 1 582


Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Vətən müharibəsi və Antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçuların ailələrinə baş çəkiblər. Onlarla həmsöhbət olub, qayğıları ilə maraqlanıblar. Gətirdikləri sovqatları, həmçinin şəhid övladları üçün alınan bayram hədiyyələrini onlara təqdim ediblər. Ziyarət zamanı Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan bəhs olunub. Onların müqəddəs amal uğrunda canlarından keçdikləri, əziz xatirələrinin daim qəlbimizdə yaşayacağı bir daha vurğulanıb.

Şəhid ailələrinin üzvləri dövlətimizin qayğısı ilə əhatə olunduqlarını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar