Xəbər lenti

Şə𝐦𝐤𝐢𝐫𝐝ə Şə𝐡𝐢𝐝 ö𝐯𝐥𝐚𝐝𝐥𝐚𝐫ı üçü𝐧 𝐘𝐞𝐧𝐢 𝐢𝐥 şə𝐧𝐥𝐢𝐲𝐢 𝐭əş𝐤𝐢𝐥 𝐨𝐥𝐮𝐧𝐮𝐛 - FOTO 0

Tarix: 28-12-2023 11:38     Baxış: 1 302


Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə şənlik keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə iştirak edən Şəmkir RİH başçısı Rəşad Tağıyev bütün şəhid ailələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edib.

İcra başçısı bildirib ki, bu gün baş tutan tədbir şəhidlərimizin əziz xatirəsinə olan dərin hörmət və ehtiramımızın kiçik bir təzahürüdür. Uşaqların bugünkü sevinclərini, yaşadıqları coşqu hisslərini seyr etmək hər kəsin qəlbini oxşayır. Bu tədbirin bir məqsədi də uşaların psixoloji inkişafına dəstək olmaqdır.

Musiqili-əyləncəli şənlikdə uşaqlar Yeni il personajları olan Şaxta baba və Qar qızla şən musiqi sədaları altında rəqs edib, şeirlər və mahnılar oxuyub, müxtəlif nağıl qəhrəmanları, sehirbazla xoş zaman keçiriblər. 

Yeni il şənliyi uşaqlara xoş əhvali-ruhiyyə və bayram ovqatı bəxş edib, onlara əyləncəli anlar yaşadıb.

Sonda Şəmkir RİH tərəfindən şəhid övladlarına bayram hədiyyələri verilib, xatirə fotoları çəkilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar