Ürfət Əmiraslanov: Ptezident İlham Əliyev hər zaman xalqın dəstəyinə güvənmişdir 0
Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Ulu Öndər Heydər Əliyev kimi lideri olub. Dahi lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qısa müddət ərzində regionda və dünyada inkişaf etmiş məkana çevirdi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyevin yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri sayəsində dövlətimiz günü-gündən inkişaf edir və ölkəmiz beynəlxalq miqyasda tanınır.
Azərbaycan xalqı hər zaman onlara güvən aşılayan liderlərinə inanaraq mühüm addımlar atmışdır. Bu mühüm addımlardan biri də Ulu Öndər Heydər Əliyevon siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin president seçilməsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ötən dövrlərə nəzər salsaq bir daha görərik ki, cənab İlham Əliyev Prezident seçildiyi elə ilk gündən böyük dövlət xadimi kimi iqtisadiyyatın birqütblü, birtərəfli inkişafının, ölkənin neft gəlirlərindən asılılığının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Azərbaycanda qeyri-neft sektorunun işlək hala salınmasını, sahibkarlığın vüsət almasını, məşğulluq ənənələrinin bərpası istiqamətində təcili, təxirəsalınmaz işlərin həyata keçirilməsini və digər sahələrin işlək səviyyəyə gətirilməsini tələb etdi.
Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixində İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətini bir daha ortaya qoyur.
Cənab Prezident İlham Əliyev xalqın güvəndiyi şəxsiyyətdir. O, praqmatik, peşəkar siyasətçi olaraq əməli addımları ilə hər bir fərdin maraq və mənfəətlərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə nümayiş etdirir. O, dövlətçilik, böyük siyasət və idarəetmə baxımından əsl liderə məxsus xüsusiyyətləri kompleks şəkildə özündə təcəssüm etdirir. Yüksək dövlətçilik istedadı, əsl liderlik qabiliyyəti, aydın siyasəti, zəngin idarəetmə təcrübəsi prezidentimizə böyük nüfuz qazandırmışdır
Prezident İlham Əliyev hər zaman xalqının yanındadır. Xalqa arxalanır, xalqdan güc alır. Onun irəli sürdüyü hər bir təşəbbüs xalq tərəfindən dəstəklənir. Məhz bu birlik, həmrəylik, Prezidentinə güvən, inam 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə yol açdı. “Dəmir yumruq” müharibənin rəmzinə çevrildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ordusu milli qürurumuzu, kimliyimizi özünə qaytaran Qələbəyə imza atdı. Cənab İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdırdı. Qürurvericidir ki, Prezident İlham Əliyev son üç ildən artıq dövrdə əlamətdar günləri, tarixi hadisələri, özünün doğum gününü işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir. Doğum günlərində adətən şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşən, 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident İlham Əliyev 60 illiyini azad Qarabağda - Şuşada keçirdi. Cıdır düzündəki çıxışında “Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, - əgər belə demək mümkündürsə, - öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim” fikirlərinin davamı olaraq Müzəffər Ali Baş Komandan bu əminliyi də ifadə etmişdi ki, bundan sonra da eyni əzmkarlıqla, qətiyyətlə ölkə maraqlarının keşiyində duracaq, xalqın dəstəyi ilə yeni böyük uğurlara imza atacağıq. Ötən il doğum günündə dövlət başçısı İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Bu görüş növbəti hədəfin təqdimatı oldu. Cənab İlham Əliyev böyük əminliklə Qərbi Azərbaycana qayıdacağımızı bildirdi. Tarixi ədalətə söykənən bu hədəfimiz də dövlətimizin başçısının qətiyyəti sayəsində zamanında reallığa çevriləcək. Hər bir vədini, qarşıya qoyduğu vəzifələri uğurla icra edən Prezidentə milyonların sevgisi şəksizdir.
Ürfət Əmiraslanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı fəalı.
Xəbəri paylaş