Xəbər lenti

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş təşkil edilib - FOTO 0

Tarix: 27-12-2023 23:45     Baxış: 9 793

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Günəşli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş təşkil edilib.

Mubarizciler.az xəbər verir ki, Çıxış edən şöbə rəisi, polis polkovniki Ramil Mustafayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, Təhsil sektorunun müdiri Zöhrab Salayev və digər qurumların nümayəndələri erkən nikahların fəsadları, bu neqativ halın ailə quran şəxslərə, ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə ətraflı məlumat veriblər.

Sonda müzakirə olunan mövzuıarla əlaqəli videoçarx izlənilib və şagirdlərin sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar