Xəbər lenti

Goranboy rayon Qazanbulaq qəsəbəsində yeni çəkilmiş su şəbəkəsi istifadəyə verildi - FOTO 0

Tarix: 27-12-2023 18:06     Baxış: 2 100

Goranboy rayonunun  Qazanbulaq qəsəbəsində yaşayan 870 nəfər əhalinin  içməli su təminatının yaxşılaşdırılması  məqsədi ilə yeni çəkilmiş su şəbəkəsi istifadəyə verildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq,  Goranboy rayonunun Qazanbulaq qəsəbəsində içməli su təchizatının daha da yaxşılaşdırılması məqsədilə yeni layihə əsasında, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 7 km uzunluğunda mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılmış, yeni su xəttlərinin çəkilməsi həyata keçirilmişdir. Əvvəllər Qazanbulaq qəsəbəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemi mövcud olmayıb və tikinti normalarına uyğun olmayaraq,  əhali tərəfindən çəkilmiş xətlər normal su təchizatı aparmağa imkan vermirdi, su itkilərinə səbəb olurdu. Artıq, bu layihə çərçivəsində, 196 ünvana birləşmə verilərək sayğaclar quraşdırılmış və bununla da su itkilərinin qarşısı alınaraq sudan səmərəli və qənaətlə istifadə təmin ediləcəkdir. 

Mubarizciler.az xəbər verir ki, qəsəbədə keçirilən tədbirdə, RİH Başçısı Məhərrəm Quliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov,  Milli Məclisin deputatı  Anar Məmmədov, “Azərsu” ASC-nin 7 saylı Regional Sukanal İdarəsinin nümayəndələri, rayon fəalları, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak etdilər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar