Goranboydan olan Vətən Müharibəsi şəhidimizin ailəsi mənzillə təmin edildi - FOTO 0
Ölkəmizdə Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın bu istiqamətdə müvafiq tapşırıqlarına və göstərdikləri dövlət qayğısına uyğun olaraq, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı uğurla həyata keçirilir. Goranboy rayonundan olan şəhid ailələri və müharibə əlilləri də bu diqqət və qayğıdan bəhrələnirlər. Rayonumuzda bugünədək, 148 nəfəri fərdi yaşayış evi və ya mənzillə təmin olunmuşdur. Muzdurlar kəndindən Vətən Müharibəsi şəhidimiz mayor Məmmədov Əlövsət Əli oğlunun ailəsi də, Bakı şəhərində 3 otaqlı mənzillə təmin edilmişdir.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, bir qrup ictimai fəallarla birgə, Muzdurlar kəndindən Vətən Müharibəsi şəhidimiz Məmmədov Əlövsət Əli oğlunun ailəsini, mənzillə təmin olunması, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi ilə bağlı, evində ziyarət etdi, bu münasibətlə şəhid ailəsinə təbriklərini bildirdi. Şəhid ailəsi, onlara göstərilən bu diqqət və qayğıya görə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Xəbəri paylaş