Xəbər lenti

DAİM-in əməkdaşları Prezidenti doğum günü münasibətilə təbrik etdilər 0

Tarix: 24-12-2023 18:34     Baxış: 4 564

Dekabr ayının 24- ü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.

Daşıdığı vəzifənin ictimai -siyasi yükünü nəzərə aldıqda Prezident İlham Əliyevin doğum günü yalnız təqvimin dəyişməsi, yaşın üstünə yaş gəlməsi anlamında qəbul olunmur. 

Ölkə rəhbəri üçün ad günü həm də dövlət və xalq qarşısında çox məsuliyyətli hesabat məqamıdır. 2003- cü ilin oktyabr ayında Azərbaycan xalqı İlham Əliyevin fərqli ampluadan diqqət çəkən fərdi keyfiyyətlərini, ölkəmiz naminə genişmiqyaslı fəaliyyətini nəzərə almaqla ona böyük etimad göstərdi və Prezident seçdi. Ötən 20 ildə müasir həyatımızın bütün sahələrində qazandığı uğurlara nəzər saldıqda bir daha əmin oluruq ki, İlham Əliyev Prezident vəzifəsində xalqın ona etimadını layiqincə doğruldub. 

  Prezident dövlət siyasətinin prioritetlərini milli maraqlar əsasında müəyyənləşdirir, cəmiyyətin sosial sifarişlərini mütləq nəzərə alır. Dövlət siyasətində ölkənin, xalqın maraqlarının ehtiva edilməsi xalq - iqtidar vəhdətini təmin edir. Uzunmüddətli daxili sabitliyə, sarsılmaz xalq-iqtidar həmrəyliyinə nail olunması ölkəmizin bütün sahələrdə uğurlar qazanmasını şərtləndirən fundamental amillərdən biridir. Azərbaycan cəmiyyəti dövlət başçısının çoxşaxəli fəaliyyətindən məmnundur və heç şübhə yoxdur ki, gələn ilin fevral ayının 7- də  keçiriləcək seçkilərdə seçimlərin yenə də doğru istiqamətdə edəcək.

  Biz dünyada gedən prosesləri izləyirik və siyasi kursun dəyişməsinin ayrı - ayrı ölkələrdə ağır fəsadlarla yol açdığına şahidlik edirik. 

Son 20 ildə respublikamızın siyasətində geridönüşlər baş verməyib. Prezident İlham Əliyev Ulu öndərin əsasını qoyduğu siyasətin ardıcıllığını təmin etməklə onu zamanın çağırışlarına uyğun yeni ideyalarla daha da zənginləşdirib. 

  Dekabr ayının 21- də Xankəndi şəhər stadionunda son 30 ildə ilk dəfə olaraq Azərbaycan komandaları arasında keçirilən və dünyaya mesaj mənasında mühüm əhəmiyyət kəsb edən futbol oyununda Prezident İlham Əliyevin bir daha vurğuladığı kimi, bu torpaqlarda Azərbaycan b

Bayrağı əbədi dalğalanacaq!

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirik. Dövlətimizin ərazi bütövlüyünü və suverenliyini bərpa edərək zirvələrə yüksəldən liderə Azərbaycanın davamlı tərəqqisi və parlaq gələcəyi naminə fəaliyyətində uğurlar arzulayırıq”.


Sabit Səmədov

İmişli rayon Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar