Elnur İsmayılov: Qalib ölkənin qalib Lideri doğum gününüz mübarək 0
Dekabr ayının 24- ü Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günüdür.
Daşıdığı vəzifənin ictimai -siyasi yükünü nəzərə aldıqda Prezident İlham Əliyevin doğum günü yalnız təqvimin dəyişməsi, yaşın üstünə yaş gəlməsi anlamında qəbul olunmur. Ölkə rəhbəri üçün ad günü həm də dövlət və xalq qarşısında çox məsuliyyətli hesabat məqamıdır. 2003- cü ilin oktyabr ayında Azərbaycan xalqı İlham Əliyevin fərqli ampluadan diqqət çəkən fərdi keyfiyyətlərini, ölkəmiz naminə genişmiqyaslı fəaliyyətini nəzərə almaqla ona böyük etimad göstərdi və Prezident seçdi. Ötən 20 ildə müasir həyatımızın bütün sahələrində qazandığı uğurlara nəzər saldıqda bir daha əmin oluruq ki, İlham Əliyev Prezident vəzifəsində xalqın ona etimadını layiqincə doğruldub.
Prezident dövlət siyasətinin prioritetlərini milli maraqlar əsasında müəyyənləşdirir, cəmiyyətin sosial sifarişlərini mütləq nəzərə alır. Dövlət siyasətində ölkənin, xalqın maraqlarının ehtiva edilməsi xalq - iqtidar vəhdətini təmin edir. Uzunmüddətli daxili sabitliyə, sarsılmaz xalq-iqtidar həmrəyliyinə nail olunması ölkəmizin bütün sahələrdə uğurlar qazanmasını şərtləndirən fundamental amillərdən biridir. Azərbaycan cəmiyyəti dövlət başçısının çoxşaxəli fəaliyyətindən məmnundur və heç şübhə yoxdur ki, gələn ilin fevral ayının 7- də keçiriləcək seçkilərdə seçimlərin yenə də doğru istiqamətdə edəcək.
Biz dünyada gedən prosesləri izləyirik və siyasi kursun dəyişməsinin ayrı - ayrı ölkələrdə ağır fəsadlarla yol açdığına şahidlik edirik. Son 20 ildə respublikamızın siyasətində geridönüşlər baş verməyib. Prezident İlham Əliyev Ulu öndərin əsasını qoyduğu siyasətin ardıcıllığını təmin etməklə onu zamanın çağırışlarına uyğun yeni ideyalarla daha da zənginləşdirib.
Dekabr ayının 21- də Xankəndi şəhər stadionunda son 30 ildə ilk dəfə olaraq Azərbaycan komandaları arasında keçirilən və dünyaya mesaj mənasında mühüm əhəmiyyət kəsb edən futbol oyununda Prezident İlham Əliyevin bir daha vurğuladığı kimi, bu torpaqlarda Azərbaycan b
Bayrağı əbədi dalğalanacaq!
Möhtərəm Cənab Prezident İlham Əliyevi 24 dekabr 2023- cü il tarixində doğum günü münasibətilə səmimi qəlbdən TƏBRİK edirəm, Allahtaladan sağlam can sağlığı və uzun ömür arzulayıram!
Hörmətlə,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəisi ədliyyə polkovniki Cənab Elnur İsmayılov
24 dekabr 2023- cü il
Xəbəri paylaş