Goranboy Şəhər 2 nömrəli tam orta məktəbdə "Şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı mövzusunda maarifləndirici görüş keçirilib - FOTO 0
18 dekabr 2023-il tarixdə Gəncə şəhərində ümumtəhsil məktəblərinin psixoloqları ilə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinin təşkil etdiyi görüşdə
"Şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı" mövzusu müzakirə edildi. Qarşılıqlı dialoq şəraitində keçirilən görüşdə RTİ-dən Sadiq Babayev statistik məlumatlar, mövzu ilə bağlı təşkil olunacaq tədbirlərin əhəmiyyəti və vacibliyi haqqında, Nofəl Fərzəliyev hüquqi tərəfləri və aşkarlanmış neqativ hallarla bağlı görüləcək işlər haqqında, Vüsalə Balayeva isə şagirdlərin yaş qrupları üzrə mövzu ətrafında maarifləndirici və neqativ halların aşkarlanması istiqamətində əhəmiyyətli məlumat və bilgilər verdilər.
Mubarizciler.az-ın məlumatına görə, Görüşdən sonra məktəb psixoloqu Amalya Hesenova Goranboy Şəhər 2 nömrəli tam orta məktəbdə "Şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı mövzusunda valideynlərlə və 366 şagirddən ibarət 18 sinif komplektində ibtidai sinif şagirdləri ilə 19-22 dekabr 2023-cü il tarixlərində aşağıdakı məzmunda maarifləndirici görüşlər təşkil etdi:
Müasir dövrdə cəmiyyətimizdə mövcud olan aktual problemlərdən biri də məktəblilərin şəxsi toxunulmazlığın və cinsi tərbiyəsinin təşkili məsələsidir. Cinsi tərbiyənin aparılması məsələsində qarşıya çıxan çətinliklərin ən başında o dayanır ki, uzun illər ərzində və indiki dövrün özündə belə bu məsələ haqqında danışmaq, müzakirə etmək yolverilməz sayılırdı. Cəmiyyətdə və ailələrdə belə bir fikir formalaşıb ki, uşaqları bu məlumatlardan uzaq tutmaq onların saf və təmiz böyüməsinin əsasıdır. Ancaq internet və kommunikasiyanın artan dövründə, üstəlik də uşaqlarda gedən akselerasiya, cinsi yetişkənlik dövrünün erkən başlaması, dünyaya çıxışın asan olması və informasiya axınının çoxluğu, cəmiyyətin mühafizəkar meyarları, valideynlərin bu məsələnin izahından qaçması uşaqları yalnış məlumatlara yönəlməyə və yalnış davranışlara vadar edir. Məhz bu səbəbdən də şəxsi cinsi tərbiyə probleminin öyrənilməsi və təşkili bugün ailə və məktəblərin qarşısında duran əsas vəzifələrdəndir.
Cnsi tərbiyənin mahiyyəti nədən ibarətdir?
Şəxsi toxunulmazlıq sferasına təkcə qadın və kişi arasında olan spesifik münasibətləri deyil, eyni zamanda ictimai həyatda, əmək, istirahət və s. sahədə əks cinslə istənilən qarşılıqlı münasibətləri aid edə bilərik. Cinsi tərbiyə nəinki əxlaqi davranışı kəsb edir, o həmçinin cinsi münasibətlərdə düzgün tərbiyə edilməli olan uşaqların əxlaqi-mənəvi davranışını da özündə birləşdirir. Şəxsi toxunulmazlığa hörmət və ünsiyyət mədəniyyətin düzgün və anlaşılıqlı qurulması
uşağın sonrakı inkişafı üçün böyük əhəmiyyətə malikdir.
Çox təəssüf ki, valideynlərin böyük əksəriyyəti və eyni zamanda təlim-tərbiyə müəssisələri çox zaman bu məsələ ilə bağlı ya az məlumat verir, ya da ki ümumiyyətlə informasiya vermirlər. Buradan da anlaşılmazlıq, inamsızlıq yaranmağa başlayır. Vacibdir ki, uşaqlara oğlanlar və qızlar arasında fərqləri uyğun dillə izah edilsin.
Cinsi tərbiyənin məqsəd və vəzifələri tamamilə cəmiyyətin maraqları ilə müəyyən olunur. "Insanın şəxsi həyat sferası cəmiyyətdən kənarda olmalıdır" fikri yalnış hesab olunmalıdır.
Çünki şəxsi səviyyədə hər bir insanın xarakteri onun aid olduğu cəmiyyətin xüsusiyyətini ifadə edir. Bu səbəbdən də ictimai həyatda özünü ifadə edə bilməmiş, yer tapmamış insan özünü ailədə, şəxsi həyatında kifayət qədər uğurla ifadə edə bilmir.
Şəxsi ünsiyyət tərbiyəsinin əsas vəzifələrindən olan
kiçik məktəblidə şüurlu şəkildə öz tələbatlarını formalaşdırmasına köməklik və
cinsi ünsiyyət mədəniyyətinin öyrədilməsi əsas diqqətdə olmalıdır.
Bundan başqa, psixoloq və pedaqoqların əsas vəzifəsi uşaqların tərbiyəsində cinsi fərqlərin nəzərə alınmasının vacibliyini qeyd etməkdir. Şəxsi emosional tərbiyənin məzmununu uşağı əhatə edən həyat, müxtəlif cinsə malik insanlar arasındakı qarşılıqlı münasibətlər, bu münasibətlərin normaları, insanların ailədə, fəaliyyət sferasında olan şəxsi həyatı təşkil edir. Həmçinin, cinsi tərbiyənin məzmununa tərbiyəçinin qarşıya qoyulmuş vəzifələri həll etməsinə imkan verən xüsusi bacarıq və biliklər sistemini də aid edirik. Peşəkar psixoloq və pedaqoqlar erkən yaşlardan uşaqlara aşılamalıdırlar ki, digərlərinə yanxınlaşarkən, ünsiyyət qurarkən qarşısındakının şəxsi hüquq və azadlıqlarına hörmət və diqqətlə yanaşsınlar.
Beləliklə, qeyd etməliyik ki, məktəblilərin səxsi cinsi toxunulmazlıq tərbiyəsi ilə bağlı problemlər günümüzdə aktual olsa belə, cəmiyyətimizdə şəxsi və cinsi tərbiyə probleminə yanaşma birmənalı deyil. Bu səbəbdən də bu problemin araşdırılması və bu istiqamətdə müvafiq tədbirlərin görülməsi həm ailənin, həm də məktəbin həlli vacib problemlərindən ən başlıcasıdır. Bu prosesdə məktəb və valideyn həmrəyliyi mütləqdir.
Xəbəri paylaş