Xəbər lenti

Goranboyda IX sinif şagirdlərinə məktəb rəhbərliyi tərəfindən monitorinq keçirildi - FOTO 0

Tarix: 23-12-2023 00:32     Baxış: 5 082

22.12.2023-cü il tarixində Goranboy şəhər 2nömrəli tam orta məktəbin IX sinif şagirdlərinə  məktəb rəhbərliyi tərəfindən monitorinq keçirildi.

Monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir.

Mubarizciler.az xəbər verir ki, Monitorinq Azərbaycandili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilir. Şagirdlər Azərbaycan dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunur. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verildi.

Qeyd edək ki, monitorinqlər bitdikdən sonra nəticələr bal və məzmun təhlili formasında şagirdlərə təqdim olunacaq.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar