Xəbər lenti

Biləsuvarda "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzuzunda maarifləndirici görüş keçirilib - FOTO 0

Tarix: 22-12-2023 23:18     Baxış: 4 445

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mübariz İbrahimov adına Təhsil Kompleksində "Sağlam gələcək naminə narkomaniyaya yox deyək!" mövzuzunda maarifləndirici görüş keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, Çıxış edən Biləsuvar RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov gənc nəslin sağlam həyat tərzinin təmin olunmasının zəruriliyindən danışaraq bu sahənin daima dövlətin diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vaxtilə Ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, hazırda davam etdirilən mübarizə dövlətimizin maraqlarının qorunmasının prioritet istiqamətlərindəndir. Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizə tədbirləri həyata keçirən hüquq-mühafizə orqanları ilə yanaşı cəmiyyətin hər bir fərdi bu mövzuda həssas olmalı, vətəndaşlıq mövqeyi sərgiləməlidir.

Sonra digər natiqlərin çıxışları dinlənilib, narkomaniyanın ailədə, cəmiyyətdə səbəb olduğu acı və sağalmaz yaraları, fəsadları özündə əks etdirən videoçarx izlənilib.

Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında diskussiya aparılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar