Xəbər lenti

Qubada polis əməkdaşları Tibb Kollecinin tələbələri ilə görüşüblər - FOTO 0

Tarix: 22-12-2023 23:16     Baxış: 4 914


Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Quba rayon Tibb Kollecində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, kollecin pedaqoji heyəti və tələbələri iştirak ediblər. 

Mubarizciler.az-ın məlumatına görə, Tələbələrlə görüşdə çıxış edən RPŞ-nin rəisinin şəxsi heyət üzrə köməkçisi, polis mayoru Rüstəm Hüseynov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, yeniyetmə və gənclərimizə yüksək təhsil almaqlarını, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalarını və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib.

Tədbirin keçirilməsində məqsəd gəncləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar