Xəbər lenti

Goranboyda "Sətirlərdə keçən ömür" adlı ədəbi-bədii tədbir keçirildi - FOTO 0

Tarix: 22-12-2023 12:00     Baxış: 6 209

Goranboyda,  “Heydər Əliyev ili” ilə bağlı keçirilən tədbirlər çərçivəsində  "Sətirlərdə keçən ömür"  adlı ədəbi-bədii tədbir keçirildi.

Goranboyda,  “Heydər Əliyev ili” ilə bağlı keçirilən tədbirlər çərçivəsində, Goranboy şəhər Mədəniyyət Evində, Azərbaycan Yazıçılar Birliyinin üzvü, goranboylu şair, publisist  Ələsgər Əlioğlunun 70 illik yubileyinə və ədəbi-bədii yaradıcılığna həsr olunmuş "Sətirlərdə keçən ömür" adlı tədbir  keçirildi. Mubarizciler.az xəbər verir ki, Tədbirdə, RİH-nin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan Ədəbiyyat qəzetinin redaktoru,  Prezident təqaüdçüsü Sərvaz Hüseynoğlu, Azərbaycan yazıçılar Birliyinin Gəncəbasar bölməsinin sədri, Əməkdar mədəniyyət işçisi  Xəzangül Hüseynova, Azərbaycan Yazıçılar Birliyinin üzvləri şair, publisist, Əməkdar jurnalist Qərib Mehdi, şairə Aləmzər Əlizadə, tanınmış şairlər Oktay Abdulla, İqbal İsmayılov, digər qonaqlar,  bir qrup rayon ziyalıları, mədəniyyət işçiləri və ictimai fəallar iştirak etdilər. Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev və digər ziyalılar, Ələsgər Əlioğlunun ədəbi, bədii yaradıcılığı barədə geniş söhbətlər açdılar, goranboylu ədibin  təşəbbüsü və rəhbərliyi ilə  Goranboy rayonunda vaxtı ilə fəaliyyət göstərən “Əli Nəzmi”  ədəbi birliyinin və redaktorluğu ilə nəşr olunan “Gülüstan” toplusunun  rayonun ictimai və mədəni həyatında müstəsna  rol oynadığını, rayonda  ədəbi ictimai  mühitin formalaşdığını, yeni  nəsil yazıçı və şairlərin yetişdiyini bildirdilər. Ələsgər Əlioğlunun Azərbaycan Uşaq Ədəbiyyatında özünəməxsus  yaradıcılığı və bu sahədə təqdirəlayiq nailiyyətləri  xüsusi ilə vurğulandı. Tədbirdə, rayon Mədəniyyət Evinin incəsənət ustalarının ifasında musiqi proqramı və məktəblilərin təqdimatında, Ələsgər Əlioğlunun şeirlərinə həsr olunmuş bədii  kompozisiya nümayiş  etdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar