Şə𝐦𝐤𝐢𝐫𝐝ə 𝐔𝐥𝐮 Ö𝐧𝐝ə𝐫 𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯𝐢𝐧 𝟏𝟎𝟎 𝐢𝐥𝐥𝐢𝐲𝐢 𝐢𝐥ə 𝐛𝐚ğlı 𝐗𝐚𝐧 Ç𝐢𝐧𝐚𝐫𝐥𝐚𝐫𝐝𝐚𝐧 𝐲𝐚şı𝐥𝐥ı𝐪 𝐳𝐨𝐥𝐚ğı 𝐬𝐚𝐥ı𝐧ı𝐛 - FOTO 0
Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH başçısı Rəşad Tağıyev və icra hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eyni zamanda könüllülər iştirak ediblər.
Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Şəmkir Şəhər Mərkəzi Parkında keçirilən ağacəkmə aksiyasında torpaq-iqlim şəraitinə uyğun Xan çinarlardan yaşıllıq zolağı salınıb.
Mubarizciler.az xəbər verir ki, Şəmkir RİH başçısı Rəşad Tağıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ekoloji problemlərının həllini, unikal təbiət abidələrinin qorunub saxlanmasını daima diqqət mərkəzində saxlamış, ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə daim xususi qayğı ilə yanaşmışdır.
Rəşad Tağıyev qeyd edib ki, bu gün ağacəkmə tədbirinin keçirilməsində məqsəd də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.
Məlumat üçün bildiririk ki, Şəmkir Şəhər Mərkəzi Parkında cari ildə əsaslı abadlıq işləri görüldü, sakinlərimizin rahat istirahəti üçün bütün imkanlar yaradıldı.
Eyni zamanda ağacəkma aksiyasının keçirildiyi ərazidə də abadlıq və təmizləmə işləri görülüb, əkilən ağacların suvarılması təmin edilib. Ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.
Onu da qeyd edək ki, ərazinin nəzarətdə saxlanılması, əkilmiş ağaclara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirlər bundan sonra davam etdiriləcək.
Xəbəri paylaş