Xəbər lenti
18-11-2024, 12:06
 

İlham Əliyevlə xanımı Qırmızı Bazar qəsəbəsində - Fotolar 0

Tarix: 20-12-2023 21:06     Baxış: 6 006

Xəbər verdiyimiz kimi, dekabrın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər.

Azərtac xəbər verir ki, dövlət başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar.

Qəsəbə 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində Qırmızı Bazar qəsəbəsi separatçılardan təmizlənib.

Qeyd edək ki, Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qırmızı Bazara 1947-ci ildə qəsəbə statusu verilib. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. İşğaldan əvvəl qəsəbədə gövdəsinin diametri 600 santimetr, hündürlüyü 25 metr, yaşları min və iki min il olan iki Şərq çinarı qədim təbiət abidəsi kimi qorunurdu. Qəsəbə, eyni zamanda, kənd təsərrüfatı və turizm potensialına malikdir.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar