Xəbər lenti

İlham Əliyev və Mehriban Əliyeva Xocavənddə “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər - FOTO 0

Tarix: 20-12-2023 20:55     Baxış: 6 223


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dekabrın 20-də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci vitse-prezident kənddəki “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçiriblər.

Qeyd edək ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Kənddə 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. Ağacın yaxınlığında onu su ilə təmin edən Tenqri bulağı yerləşir.





Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar