Xəbər lenti

Prokurorluq əməkdaşları Türkiyədə işgüzar səfərdə olub - FOTO 0

Tarix: 19-12-2023 13:56     Baxış: 6 244


Cari il 11-15 dekabr tarixlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində yerləşən Məhkəmə-Tibbi Ekspertiza Şurasına (Adli Tıp Kurumu) birgə fəaliyyət səfəri baş tutmuşdur. 

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Səfərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev, Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov və digər qurumların əməkdaşları iştirak etmişlər.

Səfər zamanı nümayəndə heyəti Türkiyənin Məhkəmə-Tibbi Ekspertiza Şurasının və İstanbul Cərrahpaşa Universitetinin Adli Tıp və Adli Bilimlər İnstitutunun rəhbərliyi və əməkdaşları ilə görüşlər keçirmiş, həmin qurumların tabeliyində olan müxtəlif laboratoriyaların fəaliyyəti ilə tanış olmuş, təcrübə mübadiləsi aparmış, habelə DNK tədqiqatları sahəsində Türkiyənin və Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər barədə qarşılıqlı məlumatlar verilmişdir. 

Görüş zamanı prokurorluğun nümayəndələri tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildikdən sonra, dövlət başçısının tapşırığına əsasən, Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın axtarışı prosesinin daha intensiv xarakter alması, həmin dövr ərzində işğaldan azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan götürülmüş insan sümük qalıqlarının Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərlə eyniləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi kriminalistik və məhkəmə molekulyar-genetik ekspertizaları təyin edilməsi və bu sahədə qabaqcıl texnologiyalardan və müasir avadanlıqlardan istifadə edilməklə müsbət nəticələrin də əldə edilməsi qeyd edilmişdir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar