Xəbər lenti

Xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılıblar - FOTO 0

Tarix: 19-12-2023 00:52     Baxış: 7 497


Ədliyyə orqanlarının yaradılmasının 105 illiyi münasibətilə Azərbaycan Respublikasının ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədovun əmrinə əsasən, Penitensiar xidmətdə qulluqda fərqlənən əməkdaşlar mükafatlandırılıblar.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bu münasibətlə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov həmin əməkdaşları qəbul edib.

Nazir müavini çətin və şərəfli xidmətlərinə görə onlara təşəkkürünü bildirərək,  vəzifələrini layiqincə yerinə yetirən və fərqlənən əməkdaşların qiymətləndirilməsinin həmişə diqqət mərkəzində olduğunu qeyd edib. Növbəti dəfə cənab nazir tərəfindən verilmiş bu mükafatların Penitensiar xidmətin fəaliyyətinə göstərilən qayğı və dəyərin göstəricisi olduğu vurğulanıb. 

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidov ədliyyə mayoru Əliyev Yusif Əliyar oğluna qiymətli hədiyyəni, ədliyyə mayoru Ağayev Ramil Şirin oğluna fəxri fərmanı və ədliyyə mayoru Nabatov Oktay Xanəli oğluna döş nişanını təqdim edib.


Sonda xatirə şəkli çəkilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar