Xəbər lenti

Goranboyda Yunan Roma Güləşi üzrə rayonlar arası turnir keçirildi - FOTO 0

Tarix: 17-12-2023 21:38     Baxış: 7 210

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tədbirlər planına əsasən Heydər Əliyev ili çərçivəsində Vətən müharibəsi Qəhrəmanı Saleh Həsənovun şərəfinə Yunan Roma Güləşi üzrə rayonlar arası turnir keçirildi.

Mubarizciler.az xəbər verir ki, 16 dekabr 2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy UGİŞM-in təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun şərəfinə Yunan-Roma güləşi üzrə rayonlarası turnir keçirildi.

➡️ Turnirdə 11 şəhər və rayondan 150-ə yaxın idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə apardılar.

➡️Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Açılış mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Seymur Nazarov, Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, rəsmilər, şəhid ailələri, qazilər və idman ictimaiyyətinin nümayəndələri, iştirak etdilər.

➡️ Tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənov, Dünya və Avropa çempionları Taleh Məmmədov və Firidun Quliyev fəxri fərman və qiymətli hədiyyə ilə təltif olundular.

➡️ İki yaş qrupu üzrə iştirak edən idmançıların hər çəki dərəcəsi üzrə I, II, III yeri tutmuş qalibləri ATİAHİ-nin diplom, medal və kuboklarla mükafatlandırıldılar.

➡️ Goranboy rayon komandası xal hesabı ilə digər komandaları qabaqlayaraq turnirin "Qalib Komandası" adını qazandı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Çox oxunanlar