İlqar Məhərrəmov sakinlərin müraciətini dinlədi - FOTO 0
Hal-hazırda Goranboy rayonunun bir sra kənd və qəsəbələrində əkin sahələrinin suvarılması üçün müvafiq tədbirlər görülür. Vətəndaşların və fermerlərin müraciətləri əsasında idarə tərəfindən ərazilərə texnikalar cəlb edilərək su arxlarının eyni zamanda kanalların lil və kol-koslardan təmizlənməsi işləridə sürətlə davam etdirilir. Xüsusi ilə qeyd etmək lazımdır ki, başlanğıcını Qarabağ kanalından götürən su borularınında istismara yararsız olan hissələridə təmir-bərpa işləridə aparılır.
Mubarizciler.az xəbər verir ki, Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov əməkdaşları və SİB- lərin iştrakı ilə payızlıq əkinlərin suvarılması üçün əkin sahələrinin suvarılmasına baxış keçirtmişdirlər, suvarma suyunun səmərəli istifadə edilməsi tövsiyyə edilmişdir.
Görüşdə iştrak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş